“Düzgün peşə seçiminin cəmiyyətə və şəxsiyyətə təsiri”

Noyabrın 14 - də 114 nömrəli məktəbdə təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqənin “Düzgün peşə seçiminin cəmiyyətə və şəxsiyyətə təsiri” mövzusunda təşkil edilmiş layihəsinin yekun konfransına keçirildi. Konfransda 3 ay müddətində layihə ilə bağlı görülmüş işlər haqqında təqdimat və videoçarx təqdim olundu.Layihə iştirakçıları olan 84, 114, 146, 316, 327 №-li məktəblərin 8-ci sinif şagirdlərindən 3 şagird layihənin qalibi və 2 fərqlənən şagird sertifikat və hədiyyələrlə təltif olundu.Məktəbimizin 8-ci sinif şagirdləri "Esse yazı müsabiqəsi"ndə fəal iştirak etdiyinə görə sertifikatla təltif olundular.