9 noyabr Dövlət Bayrağı Günü

9 Noyabr dövlət bayrağı günüdür.Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir..Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qəbul edilmiş və qaldırılmışdır.Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.Bu münasibətlə məktəbimizdə geniş tədbir keçirildi.Tədbir himnimizlə açıq elan edildi.Tədbirdə məktəbimizin direktoru Yeganə xanım Maqsudova,tərbiyə işləri üzrə müavin Sevinc xanım İsmayılova,müəllimlər,şagirdlər iştirak edirdi.