“Düşünülmüş peşə seçimi gələcək uğurumuzun zəminidir”

7 noyabr 2018-ci ildə 327 nömrəli məktəbdə “Düşünülmüş peşə seçimi gələcək uğurumuzun zəminidir” adlı tədbir keçirildi.Tədbirdə Bakı Məşğulluq İdarəsinin əməkdaşı Əşrəf Qurbanov,Dövlət Məşğulluq Xidmətinin psixoloqu Nailə xanım Ələkbərova,Suraxanı rayonu Məşğulluq Mərkəzinin baş məsləhətçisi Alılı Şəbnəm xanım, aparıcı məsləhətçisi Rauf Qasımov,məktəbimizin direktoru Maqsudova Yeganə xanım iştirak edirdi.Tədbirin əsas məqsədi yuxarı sinif şagirdlərində peşə seçimi ilə bağlı fikirlər formalaşdırmaq,onlara gələcəkdə seçdiyi sənət ilə bağlı tövsiyələr vermək idi.Tədbirdə Nailə xanım Ələkbərova şagirdlər ilə söhbət apardı.O cümlədən bəzi yuxarı sinif şagirdləri peşə ilə bağlı öz arzu və istəklərini bildirdilər.Sonda məktəbin bütün şagirdlərinə gələcəkdə yiyələnəcəyi peşə ilə bağlı uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi