Həsənova Aliyənin uğuru

Məktəbimizin 9"A" sinif şagirdi Həsənova Aliyə Uşaq Dünya Hərəkatının tərkib hissəsi olan Azərbaycan Uşaq və Gənclərinin Sülh Şəbəkəsi nəzdində fəaliyyət göstərən liderlik Məktəbində Uşaq Hüquqları Konvensiyası üzrə tam kursu bitirmişdir.O,2018 ci ildə Avropa Uşaq Ombudsmanları Şəbəkəsi tərəfindən həyata keçirilmiş və Azərbaycan Ombudsman təsisatının iştirak etdiyi Avropa Gənc Məsləhətçilər Şəbəkəsinin "Danışın,gənclər,uşaqların mental sağlamlığı barədə danışın!" adlı layihəsində fəal iştirakına görə sertifikat almışdır.Bu gün məktəbimizin direktoru Maqsudova Yeganə xanım Həsənova Aliyəni təbrik edərək,uğurlarının daimi olmasını arzu etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi