"Son Zəng"

Bu gün 327 № -li tam orta məktəbdə "Son Zəng" çalındı.Məktəbin direktoru Roza İsmayılova məzunların ölkəmizin inkişafı və çiçəklənməsi yolunda əminliklə böyük işlərin iştirakçılarına çevriləcəyini ifadə etdi və onların hər birinə müvəffəqiyyətlər arzuladı.
Məzunların buraxılış tədbiri Azərbaycan respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.Tədbirdə həmçinin Suraxanı Rayon İcra hakimiyyətinin icra nümayəndəsi də iştirak edirdi.Məzunları təbrik edənlər gələcəyimiz olan bu gənclərin müstəqil dövlətin vətəndaşı olaraq Azərbaycanın həyatında müstəsna xidmətlər göstərəcəklərinə inamını ifadə etdi.Mərasimdə məzunların və məktəblilərin hazırladıqları bədii kompozisiyalar,ifa etdikləri mahnılar və rəqslər iştirakçılar tərəfindən maraqla qarşılandı.Nəhayət məzunların sevinc və həyəcan dolu duyğularla gözlədikləri an yetişdi və onbirillik məktəb həyatının sonuncu zəngi çalındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi