"Cümhuriyyət Parlamentinə gedən yol"

Bu gün məktəbimizdə Suraxanı rayon İcra Hakimiyyətinin,
Azərbaycan Respublikası Prezidenti Yanında Bilik Fondunun və məktəbimizin birgə təşkilatçılığı ilə"Cümhuriyyət Parlamentinə gedən yol" mövzusunda maarifləndirici tədbir keçirilmişdir.Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyəti aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Rəşid Məmmədov,Azərbayacan Respublikası Prezidenti yanında Bilik Fondunun məruzəçisi,Azərbayacan Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix institutunun elmi işçisi Selcan Məmmədzadə,Azərbayacan respublikası Prezdenti yanında BF-nın Suraxanı rayonu üzrə Koordinatoru Məlahət Əliyeva iştirak edirdi.