Cocuq mərcanlı kəndinə səfər

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova və Uşaq və Gənclərin Sülh Şəbəkəsinin liderlik məktəbinin üzvləri Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər ediblər. 
Bu səfərdə liderlik məktəbinin və 327 nömrəli məktəbin 8A sinif şagirdi Həsənova Aliyə də iştirak etdi. 
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ombudsman Elmira Süleymanova, Füzuli və Cəbrayıl Rayon İcra hakimiyyətlərinin başçıları Horadiz şəhərində "Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət edib, şəhidlərin ruhuna ehtiramlarını bildiriblər. Burada cəbhə bölgəsində xidmət edən əsgər və zabitlərlə görüşən E.Süleymanova 2016-cı ilin aprel zəfərinin əhəmiyyətindən danışıb, işğal altında olan bütün torpaqlarımızın Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə azad olunacağına inamını ifadə edib. "Dayandığımız bu yollar bizi Cocuq Mərcanlıya, Şuşaya doğru aparır. İnanıram ki, Prezident, Ali Baş Komandanın qətiyyəti, Azərbaycan Ordusunun qüdrəti sayəsində biz Cocuq Mərcanlıya qayıtdığımız kimi, hazırda işğal altında olan digər torpaqlarımıza da qayıdacağıq”, – deyə Ombudsman bildirib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi