"Su həyat mənbəyidir"

Suraxanı Rayonu Gigiyena və Epidemiologiya Mərkəzi yeniyetmələr arasında su ilə bağlı gigiyenik biliklərin artırılması məqsədi ilə informasiya-maarifləndirmə kompaniyasının keçirilməsi üçün metodik təlimat vermişdir.Bu məqsədlə məktəbimizin 9,10 və 11-ci sinif şagirdləri arasında tədbir keçirdi.Tədbirdə məktəbin tibb bacısı Bayramova Kəmalə,tərbiyə işləri üzrə direktor müavini İsmayılova Sevinc,psixoloq Abdullayeva Aidə şagirdlərə suyun insan həyatı üçün nə qədər vacib olması barədə geniş məlumat verdilər.Şagirdlər tədbirdə maraqlı məlumatlarla çıxış etdilər.