“Örnək ömrün sorağında"

Məktəbimizdə oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Örnək ömrün sorağında” adlı tədbir keçirildi.
327№li tam orta məktəbdə Azərbaycanın ən parlaq şəxsiyyətlərindən olan görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü qeyd olunmuşdur. “Örnək ömrün sorağında” adlı tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, Suraxanı Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Barxudar Barxudarov, YAP Suraxanı Rayon Təşkilatı icra aparatının rəhbəri Fərman Rəsulov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi Suraxanı rayon təşkilatının sədri Fərhad Həsənov, BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri, müəllim, valideyn, şagird və KİV nümayəndələri iştirak ediblər. 
Tədbirə dəvət olunan qonaqlar əvvəlcə foyedə məktəb şagirdlərinin akademik Zərifə Əliyevaya və ümummilli lider Heydər Əliyevə həsr etdikləri əl işlərindən ibarət sərgilərlə tanış oldular.
Tədbir Dövlət himninin səsləndirilməsi və akademik Zərifə Əliyevanın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.
Tədbiri giriş sözü ilə açan məktəbimizin direktoru Roza xanım İsmayılova bildirdi ki, dünya təbabətində özünəməxsus yeri olan, tibb elmində gur çıraq kimi şölələnən Zərifə Əliyeva fitri istedada malik alim, Tanrının xalqımıza bəxş etdiyi pak və nadir insan idi. Onun mənalı ömrü, keçdiyi şərəfli həyat yolu bu gün də, gələcəkdə də hər bir alim və həkim, hər bir Azərbaycan vətəndaşı üçün əsl həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Təbiətin bəxş etdiyi nadir keyfiyyətlər, yorulmaq bilmədən çalışmaq əzmi onu hərtərəfli bir şəxsiyyətə çevirmişdir. Zərifə Əliyeva, eyni zamanda, Azərbaycan xanımlarının bütün gözəl xüsusiyyətlərini özündə birləşdirən insanlıq, qadınlıq meyarı idi. İşıqlı bir həyat yaşayan Zərifə Əliyeva görkəmli oftalmoloq alim, qayğıkeş həkim, gözəl ana və fədakar həyat yoldaşı kimi şərəfli bir ömür sürmüşdür. Zərifə xanım ulu öndər Heydər Əliyevin layiqli həyat yoldaşı, sadiq dostu və məsləkdaşı olmuşdu. Ulu öndərin əsasını qoyduğu geniş quruculuq işləri və Zərifə xanımın çoxşaxəli humanitar missiyası bu gün möhtərəm Prezidentimiz İlham Əliyev və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. 
Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva akademik Zərifə Əliyevanın alim kimi qazandığı böyük uğurların Azərbaycanın tibb tarixində xüsusi bir mərhələ təşkil etdiyini bildirib. İdarə müdiri Z.Əliyevanın elmi fəaliyyətinin çox zəngin və əhatəli olduğunu, istedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar apardığını və dəyərli elmi-tədqiqat işləri yazdığını diqqətə çatdırıb.
Bir neçə il akademik Zərifə Əliyeva adına liseyin direktoru olmasından böyük qürur duyduğunu bildirən M.Vəliyevagörkəmli oftalmoloqun əziz xatirəsinin tanınmış həkim, novator alim, eyni zamanda qayğıkeş ana, sədaqətli ömür-gün yoldaşı kimi daim qəlblərdə yaşayacağını deyib.
Tədbirdə çıxış edənlər görkəmli alimin Azərbaycan oftalmologiya elminin inkişafında gördüyü işlərdən danışıb,ütün mənalı ömrünü oftalmologiya elminin inkişafına həsr edən Zərifə xanımın zəngin elmi irsindən və yüksək insani keyfiyyətlərindən söz açıblar.

Daha sonra şagirdlər Zərifə Əliyevaya həsr edilən şeirlər səsləndirib, mahnılar ifa ediblər.
Tədbir akademik Zərifə Əliyevanın həyat və fəaliyyətindən bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi