"Novruz bayramı"

İlin ən gözəl fəsillərindən biri bahardır. Bu fəsil gözəllik fəsli, xoş əhvaliruhiyyə fəslidir. Bahar gələndə təbiətdə böyük dəyişiliklər baş verir. Baharın yurdumuza qədəm qoyduğu ilk gün gecə ilə gündüzün bərabərliyi günüdür.Bahar gələndə təbiət canlanır, günlər uzanmağa başlayır, torpaq isinir, ağaclar oyanır. İlk yarpaqlar, ilk çiçəklər təbiəti bəzəyir. Bəzi heyvanlar qış yuxusundan ayılır. Köçüb getmiş quşlar geri dönür. İnsanlar bu zaman əkinə-biçinə hazırlaşırlar. Ona görə də ulularımız çox qədim zamanlardan baharın ilk gününü yeni ilin başlanğıcı kimi bayram şənlikləri ilə qarşılayırlar. Bu Bahar bayramı adlanır. Sonralar bu bayramı Novruz bayramı adlandırmışlar.
Novruz «yeni gün» deməkdir. Xalq şaxtadan, soyuqdan, qışın əziyyətindən qurtulmasının ilk gününü bayram edir. Bəzi Şərq xalqlarında bu bayram həm də Yeni il bayramı kimi qeyd olunur.
Novruz səmimiyyət bayramı, xoş arzular bayramıdır. Novruza hələ bir ay qalmış xalq bayrama hazırlaşır. El arasında həmin bu aya Novruz ayı deyilir. Bu ayın dörd çərşənbəsinin hər biri insanların yaşaması, bütün həyatın varlığı üçün vacib olan dörd ünsürdən birinə - oda, torpağa, suya və havaya (küləyə) həsr olunur. Bunun özü də onu göstərir ki, Novruz bayramı dünyanın ən qədim, ən müdrik bayramlarından biridir.
Baharın gəlişini, gəlişi ilə təbiətə təsirini,bu zaman xalqımızın onu qarşılamasından,tətbiq etdikləri rituallardan bəhs edən açıq dərslərdən birini də 2 A sinif rəhbəri Mətanət Alıyeva keçirmişdir.
Dərs zamanı şagirdlərə novruz ənənələri aşılanmış,yaradıcı əl işləri hazırlanmışdır.Bu ağac isə onların "Dilək ağacı"dır.Sonda şagirdlər hazırladıqları "Dilək ağacı"nı məktəbimizin direktoru Roza xanım İsmayılovaya təqdim etdilər.
Bizdə məktəbimizin kollektivi adından xalqımızı qarşıdan gələn novruz bayramı münasibəti ilə təbrik edirik!