"Yel çərşənbəsi"

Bu gün məktəbimizdə Tərbiyə işləri üzrə direktor müavini İsmayılova Sevinc və tarix müəllimi Abbasova Nisə yuxarı sinif şagirdləri arasında milli bayramımız olan "Novruz bayramı"ilə əlaqədar dəyirmi masa,diskussiya keçirdilər.Müəllimlər,Novruzun yaranma tarixi haqqında şagirdlərə məlumat verdilər.Onlarla Novruz adət ənənələri və atributları haqqında diskussiya apardılar.Xalqımızın yel çərşənbəsi ilə bağlı adətləri bir daha şagirdlərin nəzərinə çatdırıldı.