"Blok" dərs layihə

Bu gün məktəbimizdə növbəti yeniliyə imza atılmışdır.2A sinif rəhbəri Alıyeva Mətanət və məktəbin hərbi rəhbəri Zeynalov İslam müəllimlə birlikdə "Blok" dərs layihəsini tətbiq etdi.Dərsdə həyati önəmli məsələlər şagirdlərin müzakirəsinə verildi.Qəzalar,qəzaların növləri,çıxış yolları haqqında fikir mübadiləsi aparıldı.Bütün dərslərində olduğu kimi Mətanət müəllimin bu dərsi də aktiv və uğurlu keçdi.Zəhmətkeş,işinin ustası müəllimlərimizlə fəxr edir,hər zaman uğur arzu edirik.