26 fevral " XOCALI " soyqırımı

26.02.2015-ci il tarixində 327 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 23-cü ildönümü silsilə tədbirlərlə qeyd olundu.Tədbir iştirakçıları əvvəlcə Xocalı şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Tədbiri giriş sözü ilə açan məktəbimizin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnar Həsənova ,öz amansızlığına, qəddarlığına görə bəşər tarixinə qanlı iz salmış, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş Xocalı qətliamından bizi 23 il zaman məsafəsi ayırdığını vurğuladı. O qeyd etdi ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri hələ SSRİ dövründə Xankəndi şəhərində yerləşən, zabit və gizirlərinin xeyli hissəsi ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının zirehli texnikası və hərbçilərinin köməyi ilə Xocalı şəhərini yerlə-yeksan edib, sakinlərə amansızlıqla divan tutub, onları vəhşicəsinə, qəddarlıqla, ağlasığmaz işgəncələrlə qətlə yetiriblər.. Ümummilli lider Heydər Əliyev Xocalı faciəsinə qiymət verərkən demişdi: "Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamada, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir". Təəssüf ki, insan hüquqlarının kütləvi və kobud şəkildə pozulması ilə nəticələnmiş Xocalı soyqırımına hələ də beynəlxalq miqyasda hüquqi qiymət verilməyib. Prezident İlham Əliyevin bu məsələdəki qətiyyəti, bu istiqamətdə gördüyü işlər əminliklə deməyə əsas verir ki, gec-tez nüfuzlu beynəlxalq təşkilatlar, bütün dünya Azərbaycanın haqlı mövqeyini dəstəkləyəcək... Bu tədbirlə Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı. Şagirdlər “Biz Xocalıya ədalət istəyirik!” başlıqlı şüarla dünyadan Xocalı soyqırımına ədalət istədilər.Tədbirdə məktəbimizin həm ibtidai sinif şagirdləri, həm də yuxarı sinif şagirdləri iştirak edirdilər.1992-ci ildə fevralın 25-dən 26-na keçən gecə baş vermiş qanlı hadisələri bədii şəkildə əks etdirən şagirdlər o dəhşətli faciəni bir daha yaşamaqla tamaşaçılara da yaşatdılar. Günahsız xocalıların başına gətirilən müsibətləri canlandıran şagirdlərin təsirli çıxışları zalda əyləşənləri göz yaşlarına qərq etdi. Şagirdlərin çıxışları lirik şerlər, faciəni əks etdirən səhnəciklər ,süjet və kompozisiyaların bir-birini tamamlaması izləyicilərdə ,millətimizin yaddaşına qanlı hərflərlə yazılmış bu tarixin yaşanmış acı səhifələrini bir daha canlandırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi