Ekskursiya.
Məktəbin kitabxana müdiri Təranə İbrahimova ,psixoloq Aidə Abdullayeva 7a sinif şagirdlərini Firidun Bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiyaya apardı. Əvvəlcə şagirdlər kitabxananın strukturu, fəaliyyət istiqamətləri və zəngin ədəbiyyat fondu ilə ətraflı şəkildə tanış edildi.
Sonra şagdlərə həm yerli, həm də xarici müəlliflərin əsərləri təqdim olunub. Həmçinin dünya ədəbiyyatının tanınmış nümunələri – Eleanor Porterin “Sadəcə David”, Laymn Frenk Baumun “Oz ölkəsinin qəribə sehrbazı” və Oskar Vayldın “Xoşbəxt şahzadə” əsərləri haqqında ətraflı məlumat verildi, bu əsərlərin mövzusu və tərbiyəvi əhəmiyyəti şərh olundu.
Tədbirin keçirilməsində əsas məqsəd şagirdlərin kitab oxumaq marağını artırmaq, eləcə də onların düşüncə tərzini və yaradıcılıq bacarıqlarını inkişaf etdirməkdir.