Valideynlərlə görüş.
“Son zəng” tədbrinin keçirilməsi ilə bağlı MÜTDA-dan ümumtəhsil məktəblərinə daxil olmuş təlimata əsasən 11- ci siniflərin valideynləri ilə görüş təşkil olundu. Həmçinin məktəbin pedaqoji kollektivi ilə Pedaqoji Şura təşkil edildi. Görüşlərin məqsədi həm müəllimlərə, həm də valideynlərə “Son zəng”lə bağlı son təlimatları çatdırmaq idi. Məktəbin direktoru görüş iştirakçılarına daxil olmuş təlimatlar barədə məlumat verdi, qoyulmuş tələbləri onların diqqətinə çatdırdı. Həmçinin bu təlimatlar məktəbin girişlərinə də yazılıb asıldı.