Maarifləndirmə tədbirləri.
Azərbaycan Respublikasının prezidentinin müvafiq Sərəncamı ilə ölkəmizdə qeyd olunan İnsan Hüquqları Günü ilə bağlı hər il ənənəvi keçirilən "18 may-18 iyun İnsan Hüquqları aylığı" çərçivəsində maarifləndirmə tədbirləri keçirilir.327 nömrəli tam orta məktəbin tarix müəllimi Günay Qafarovanın və 6a sinifinin iştirakilə maarifləndirici xüsusi dərs keçilmişdir.Dərsdə müəllim insan və vətəndaş hüquq,azadlıqlarının qorunması,ona əməl edilməsi,habelə çatışmazlıqların,pozuntuların aşkar edilməsi,pozulmuş hüquqların bərpası və qarşısının alınması məsələlərinə toxunulub.