"Məktəbdən karyeraya"

Gələcəkdə kim olacağını bu gün etdiklərin müəyyən edir!

24 aprel 2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Bakı Regional Məşğulluq Filialının karyera məsləhətçisi İsmayılova Əsmər və Nağı Qazax tərəfindən məktəbimizdə "Məktəbdən karyeraya" mövzusunda maraqlı və interaktiv təlim keçirildi.

8-11-ci sinif şagirdləri əmək bazarının hazırkı vəziyyəti, müxtəlif peşə və ixtisaslar, eləcə də uğurlu peşə seçimi haqqında məlumatlar əldə etdilər. Onları maraqlandıran suallar cavablandırıldı və faydalı tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi