“Rəqəmsal bacarıqlar” “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsi.
Məlum olduğu kimi Elm və Təhsil Nazirliyinin dəstəyi və “Rəqəmsal bacarıqlar” layihəsinin təşkilatçılığı ilə “Məktəblilərarası Milli Hakaton - 2025” müsabiqəsinə start verilib.
Məktəblilərarası Milli Hakaton - 2025” çərçivəsində 3-5 mart tarixlərində ümumi təhsil müəssisələrində “Milli Hakaton həftəsi” elan edilib. Bu müddət ərzində məktəblərdə informatika dərsləri “Məktəblilərarası Milli Hakaton”a həsr olunub. Həftə çərçivəsində şagirdlər proqramlaşdırma üzrə hakatonda iştirak etmək üçün ilk tapşırıqları yerinə yetiriblər. Uğur qazanan şagirdlər hakatonun növbəti mərhələsində iştirak imkanı əldə edib.
Proqramlaşdırma üzrə keçirilən müsabiqənin əsas məqsədi məktəblilər arasında rəqəmsal bacarıqların inkişafına dəstək olmaq, proqramlaşdırma sahəsində onların biliklərini artırmaq, İT üzrə istedadlı məktəbliləri müəyyən edərək onlar üçün gələcək inkişaf imkanları yaratmaqdır.
Hazırda məktəbimizdə layihə Rəqəmsal bacarıqlar dərslərində uğurla həyata keçirilir.