31 Mart- Azərbaycanlıların Soyqırımı Günü
31 Mart- Azərbaycanlıların Soyqırımı Günüdür. Bu gün soyqırımla bağlı məktəbdə şagirdlərlə görüş keçirildi. Belə ki, məktəbin tarix müəllimi Günay Qafarova şagirdlərlə soyqırım haqqında söhbət apardı, şagirdlər şeirlər səsləndirdilər, hazırlanmış divar qəzetlərinin təqdimatı keçirildi. Sonda soyqırım haqqında sənədli film şagirdlərə təqdim olundu.
Tarixi keçmişimizi qorumaq və gələcək nəsillərə çatdırmaq hər birimizin borcudur.