Xocalı soyqırımı.
26 Fevral əsrin ən böyük soyqırımlarından biri olan Xocalı soyqırımının yaşandığı gündür. Bu gün soyqırımdan 33 il keçir. Həftə ərzində Xocalı qurbanlarını anmaq üçün məktəbimizdə silsilə tədbirlər həyata keçirildi.
Belə tədbirlərdən biri məktəbin konfrans zalında təşkil olunmuş dəyirmi masa oldu. Dəyirmi masanı məktəbin tarix müəllimi Talıb Talıblı təşkil etdi. 5-8- ci sinif şagirdlərinin iştirak etdiyi görüşdə soyqırım qurbanları anıldı, həmin dəhşətli gecədə yaşananlar xatırlandı. Sonra şagirdlər hazırladıqları divar qəzetlərini və təqdimatları nümayiş etdirdilər.