“Konstitusiya və Suverenlik”
2025-ci il Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən “Konstitusiya və Suverenlik” ili elan edilmişdir.
Məktəbin tarix müəllimi Günay Qafarova “Konstitusiyamızı bilək, suverenliyimizi qoruyaq” adlı dəyirmi masa təşkil etdi. 6 a sinfinin şagirdlərinin iştirak etdiyi dəyirmi masada Konstitusiyamız, onun yaranma tarixi, suverenliyimizə gedən yolda görülən işlər, çəkilən əziyyətlər müzakirə olundu. Şagirdlər hazırladıqları divar qəzetlərini və təqdimatları nümayiş etdirdilər.
Görüşdə məktəb rəhbərliyi də iştirak etdi.