Qonağımız var.

Qonağımız var.

2023-2024- cü il məzunumuz Ülvi Əlizadə 605 balla Azərbaycan Texniki Universitetinə daxil olmuşdur. Ülvi məktəbdə oxuduğu illər ərzində daim kollektivin sevimlisi olmuş, ictimai işlərdə fəallığı, yüksək təhsil nailiyyətləri ilə seçilmişdir. Bu gün Azərbaycan Texniki Universitetinin rektoru professor Vilayət Vəliyevin abituriyentlərlə iş üzrə xüsusi nümayəndəsi Eyvaz Məhəmmədli məktəbimizdə qonaq oldu. Görüşdə məktəb rəhbərliyi, Ülvinin anası- məktəbin laborantı Əlieyeva Zemfira və şagirdimizin ibtidai sinif müəllimləri iştirak etdi. Görüş zamanı Eyvaz Məhəmmədli rektorun təşəkkür məktubunu məktəbin direktoruna çatdırdı. Təşəkkürnamədə professor Vilayət Vəliyev məktəbin rəhbərliyinə və kollektivə uğurlu nəticələr üçün təşəkkür etmişdir.

Biz də öz növbəmizdə göstərilən diqqətə görə Azərbaycan Texniki Universitetinin rektoruna təşəkkür edir, uğurlu tədris ili və uğurlu tələbələr yetişdirmək arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi