"İmtahan həyəcanının idarə edilməsi"
İllik fəaliyyət planına uyğun olaraq məktəbin psixoloqu və uşaq birliyi rəhbəri XI sinif şagirdləri ilə "İmtahan həyəcanının idarə edilməsi" mövzusunda motivasiyaedici görüş keçirdilər.
Məqsəd qarşıda gözlənilən buraxılış imtahanları ilə bağlı şagirdlərimizin yaşadıqları imtahan həyəcanının,stressin yaranma səbəbləri, aradan qaldırılma texnikalarının onların diqqətinə çatdırılması idi. Şagirdlərə mövzu ilə bağlı geniş təqdimat nümayiş edildi, eləcə də"İmtahan həyəcanının ölçülməsi" testi həyata keçirildi.