Azərbaycan dili və ədəbiyyat aylığı
Azərbaycan dili və ədəbiyyat aylığında maraqlı işlər həyata keçirilir.
Belə ki, müəllimlərin təşəbbüsü ilə şagirdlərimiz səhərlər məktəbin giriş qapılarında müəllim, şagird və valideynlərə müxtəlif atalar sözləri yazılmış və bir yerə yığılmış torbalardan seçim etməyi təklif edir. Torbadan çıxan atalar sözlərini oxuyanlar həm yeni fikirlərlə tanış olur, həm də sözlərin hikmətini düşünür, müzakirə edir.