Bilik yarışı

Azərbaycan dili və ədəbiyyat aylığının fəaliyyət planına uyğun olaraq 5- ci siniflər arasında bilik yarışı keçirildi. Yarışı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Pakizə Maqsudova təşkil etmişdi. 3 mərhələdən ibarət yarışda komandalar 6 nəfərlə təmsil olunmuşdular. Oyun zamanı onlara Azərbaycan dilinin məzmun xətlərinə uyğun tapşırıqlar verildi. Gərgin mübarizə şəraitində keçən oyun tamaşaçılar tərəfindən də böyük maraqla izləndi.

Yarışın sonunda komandalar qazandıqları yerlərə uyğun sertifikatlarla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi