"Gəncliyimiz gələcəyimizdir"
Məktəbin kitabxana müdiri və psixoloqu VII, VIII sinif şagirdləri ilə 2Fevral Gənclər Günü münasibətilə "Gəncliyimiz gələcəyimizdir" adlı seminar keçirdi. Görüşdə psixoloq yaşadıqları yeniyetməlik dövrünün özünəməxsus özəllikləri, gələcəkdə yaşayacaqları gənclik çağının əvəzedilməz həyat enerjisi ilə dolu bir dönəm olmasına dair önəmli məlumatları şagirdlərin diqqətinə çatdırdı.
Kitabxana müdiri isə öz növbəsində bu məlumatları nümunələrlə əsaslandıraraq tarix boyu yazılmış qəhrəmanlıq əsərlərindən sitatları şagirdlərimizin nəzərinə çatdırdı və gənc qəhrəmanlardan bəhs edilən kitablar haqqında məlumat verdi.