Şəhid məzunlarımızın xatirəsinə həsr olunmuş tədbir.
Şəhid məzunlarımızın xatirəsinə həsr olunmuş tədbir keçirildi.
Məktəbin iki şəhidi: Əliyev Yunis Zaur oğlunun və Həsənov İbrahim Şöhrət oğlunun xatirəsi anıldı. Yanvar ayında hər iki şəhidin doğum günləri olmalı idi. Yaşasalardı, Yunis 25, İbrahim 20 yaşını qeyd etməli idi.
Hər iki şəhidin xatirəsinə həsr olunmuş tədbirə şəhidlərin ailə üzvləri və digər şəhid ailələri dəvət olunmuşdular. Şagirdlərimizin ifasında şeirlər səsləndirildi, mahnılar ifa olundu. Şəhidlərin ailə üzvləri onlar haqqında xatirələrini paylaşdılar.
Günün sonunda müəllim və şagird heyətinin bir hissəsi şəhidlərin məzarlarını və adlarına açılmış bulaqları ziyarət etdilər.