Seminar
2025-ci Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Konstitusiya və Suverenlik İli” elan olunmuşdur.
Bu ilin mahiyyətini anlatmaq, konstitusiyamız və suverenliyimiz haqqında məlumat vermək üçün məktəbin tarix müəllimi Talıb Talıblı yuxarı sinif şagirdləri üçün seminar təşkil etdi. Seminar zamanı Talıb müəllimin çıxışından sonra şagirdlər onları maraqlandıran suallarla müəllimə müraciət etdilər, mövzu ilə bağlı fikirlərini bölüşdülər.