Yuxarı sinif şagirdləri ilə görüş
Bu gün məktəbin akt zalında Polis Akademiyasının tədris-metodik şöbəsinin inspektoru polis-leytenantı İranə Vahabova və
Suraxanı Rayon Polis İdarəsi Yetkinlik Yaşına Çatmayanlarla Proflaktiki İşin Təşkili Bölməsinin rəisi polis polkovnik-leytenantı Əfqan Ağayev
yuxarı sinif şagirdləri ilə görüş keçirdilər. Görüşün məqsədi şagirdlərə Polis Akademiyası barədə məlumat vermək, akademiyaya qəbul və təhsil şərtləri haqqında onları maraqlandıran suallara cavab vermək idi.