Gənc Müəllimlər Birliyi

Bu gündən məktəbimizdə Gənc Müəllimlər Birliyi fəaliyyətə başladı.

Gənc Müəllimlər Birliyinə məktəbimizə bu il qəbul olan və məktəbdə əvvəlki illərdən işləyən gənc müəllimlər daxildirlər. Birlik məktəbin fizika müəllimi Hicran Məmmədovanın təşəbbüsü ilə yaradılıb.

Bu gün birliyin ilk toplantısı keçirildi. Toplantıda məktəbin direktoru, təşkilatçı, psixoloq və Hicran müəllimə iştirak edib görüləcək işlər, planlar barədə gənc həmkarları məlumatlandırıblar.

Birliyi yaratmaqda əsas məqsədin ilk dəfə məktəbdə işə başlamış gənc həmkarlara hər sahədə dəstək olmaq olduğunu onların diqqətinə çatdırıblar. Sonra gənc müəllimlərin hər birinə təcrübəli həmkarlar təhkim olunub. Mütəmadi olaraq təcrübəli müəllimlər yeni fəaliyyətə başlayan həmkarlarına dəstək olacaq, lazım olan suallarını cavablandıracaqlar.

Görüşdə qərara alınıb ki, davamlı şəkildə həm canlı, həm onlayn görüşlərlə təlimlər təşkil olunsun və yeni müəllimlər bu təlimlərdən faydalansınlar.

Birliyə daxil olmuş müəllimlər öz növbələrində qeyd ediblər ki, qarşıdakı günlərdə yeni, fərqli ideyalarla məktəbin ictimai həyatında rol oynayacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi