Zəfər Günü

ZƏFƏR GÜNÜN MÜBARƏK, AZƏRBAYCAN!

Bayrağımızın zirvələrdə dalğalanması uğrunda canından keçən şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Məktəbdə Zəfər Günü münasibətilə tədbir keçirildi . Tədbir dövlət himni ilə açıq elan olundu. Daim qəlblərdə yaşayacaq Şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.

İlk öncə məktəbimizin direktoru Könül xanım öz duyğusal çıxışı ilə tədbir iştirakçılarını bu bayram münasibətilə təbrik etdi. Sonra söz məktəbin hərbi rəhbəri, Aprel döyüşləri və Vətən müharibəsi iştirakçısı Məmmədov Elsevər müəllimə verildi.Tədbirə onunla birlikdə çiyin - çiyinə vuruşan ehtiyatda olan Tankçı Polkovnik Leytenant Qazi Əliyev Vüqar Şirzad oğlu, Azərbaycan Respublikasının Şəhid Ailələri,Əlillər və müharibə veteranlarının müdafiəsi İçtimai Birliyinin Suraxanı rayonu üzrə sədri Azayev Ceyhun Mahir oğlu, məktəbimizin məzun şəhidləri Əliyev Yunis Zaur oğlu və Həsənov İbrahim Şöhrət oğlunun ailələri də dəvət edilmişdi.

Şagirdlərin ifasında kiçik səhnəcik, mahnı və rəqslər nümayiş edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi