“Uşaq hüquqları aylığı”
Azərbaycan Respublikasında uşaqların hüquqlarının müdafiəsi, onların inkişafı, hərtərəfli qayğı ilə əhatə olunması dövlət uşaq siyasətinin ayrılmaz tərkib hissəsi və başlıca prinsipləridir. Bu prinsipləri əsas götürərək uşaqlarımızla daimi söhbətlər aparır, təhsil ocağı olaraq onları həm maarifləndirir, həm də özünü inkişaf etdirən, ayağının üzərində sağlam duran gələcək nəsil yaratmağa dəstək oluruq.
Növbəti belə layihəmiz isə “Uşaq hüquqları aylığı” çərçivəsində şagirlərimizin maariflənməsinə yönəlmişdi.
Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən AzIn Telecom MMC-nin tərəfdaşlığı ilə şagirdlərimizə uşaq hüquqları mözvusunda geniş təqdimat olundu. Həmçinin bu mövzunu daha yaxşı yadda saxlamaları üçün qonaqlarımız uşaqlarla simulyasiya tərzli oyunlar oynayaraq bu günü onların yaddaşına həkk etdilər. Sonda AzIn Telecomun əməkdaşları şagirdlərimizi hədiyyə ilə sevindirməyi də unutmadılar.
Biz də öz növbəmizdə bu təşəbbüs üçün təşkilatçılara təşəkkür edir və bütün uşaqlara hüquqlarının pozulmadığı, sağlam, sülh içində yaşaya biləcəkləri dünya arzu edirik!