“Yaşıl dünya naminə həmrəylik ili”
2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Yaşıl dünyada sağlam yaşamaq üçün hamılıqla çalışmalı, dünyamızı qorumalıyıq.
Məktəbin biologiya müəllimi Allahverdiyeva Xanım və tibb bacısı Bayramova Kəmalə "Yaşıl dünya naminə həmrəylik" adlı tədbir keçirdilər. Xanım müəllimə bu mövzu ətrafında geniş çıxış etdi və COP 29 - un keçirilməsinin müsbət cəhətləri barədə şagirdlərə məlumat verdi.
Tədbirdə COP 29 - dan bəhs edən videoçarxlar izlənildi. Sonda məktəbin direktoru Könül xanım mövzu ilə bağlı çıxış etdi və şagirdlərimizin, gələcək nəslin yaşıl dünyada xoşbəxt və sağlam yaşamalarını arzuladı.