Şəhid müəllimlərə həsr olunmuş görüş.
Məktəbin texnologiya müəllimi Şəhanə Qasımova Müəllimlər Günündə 7- ci sinif şagirdləri ilə birgə şəhid müəllimlərimizə həsr olunmuş görüş keçirdi. Görüşdə Vətən müharibəsində şəhid olmuş müəllimlər anıldı, şagirdlər onların xatirəsinə həsr olunmuş şeirlər söylədilər, həyat yolları haqqında məlumatlar paylaşdılar.
Görüşdə iştirak edən məktəbin direktoru Könül Əliyeva Şəhanə müəlliməyə tədris həyatının ilk ilində və ilk Müəllimlər Günündə şəhid müəllimləri andığı, vətən sevgisi, vətənpərvər şagirdlər yetişdirməyə çalışdığı üçün təşəkkür etdi.