“Uşaq müdafiəsi və təhlükəsizliyi”
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə “Unicef”in birgə həyata keçirdiyi “Uşaq müdafiəsi və təhlükəsizliyi” layihəsi məktəbimizdə də tətbiq olunur. Layihə çərçivəsində ARTİ-nin əməkdaşları mütəmadi monitorinqlər aparırlar. Bu gün ARTİ-nin əməkdaşı Çinarə Şirinova məktəbimizdə oldu, şagirdlərlə müzakirələr apardı, onların problemlərini dinlədi, təkliflərini dəyərləndirdi.