“Zəfər” klubu.
“Zəfər” klubu fəaliyyətinə başladı.
Məktəbimizdə fəaliyyət göstərən “Zəfər” klubunun üzvləri builki işinə başladı. Dərs saatları bitdikdən sonra dəfələrlə intellektual oyunlarda iştirak etmiş, qalib olmuş İsgəndər Murad, Tağıyeva Nilufər və Səttarzadə Cavidan məktəbimizin qonağı oldular. Qonaqlar şagirdlərimizə yarışların gedişatı, işlənən taktikalar, çətin vəziyyətlərdə özünüidarəetmə, qrup və fərdi oyunlarda davranış qaydaları və s. mövzularda məsləhətlər verdilər. Sonra komanda üzvlərini qruplara bölündülər və 1 intellektual oyun təşkil etdilər. Praktik olaraq oyunun gedişatı müzakirə edildi.