"Bilik Günü"
Bilik Günü qeyd edildi.
Bütün ölkə məktəblərində olduğu kimi bizim məktəbimizdə də Bilik Günü qeyd edildi. Tədbiri giriş sözü ilə açan direktor Könül Əliyeva məktəb kollektivini yeni tədris ilinin başlanması münasibətilə təbrik etdi. Sonra şagirdlərin ifasında şeirlər səsləndirildi, rəqslər təqdim olundu. Yay dövründə müxtəlif beynəlxalq və yerli yarışlarda fərqlənən şagirdlər təşəkkürnamələrlə təltif olundular.
Tədbirdə məktəb həyətində şagirdlərimizin əl işlərindən ibarət sərgi nümayiş olundu. Sərgiyə qonaqlar: şəhid ailələri, qəsəbə nümayəndələri və müəllimlər tamaşa etdilər.
Tədbirdən sonra müəllimlər və şagirdlər sinif otaqlarına daxil oldular. İlk dərslər verilmiş təlimata əsasən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olundu.