Müəllimlərlə görüş
Bu gün müəllimlərlə görüş keçirildi.
Görüş zamanı məktəbin direktoru Könül Əliyeva sertifikasiya imtahanından yüksək nəticə əldə etmiş müəllimləri təbrik edərək onlara "Fəxri fərman"lar təqdim etdi.
Məktəbimizdə müddətli müqavilə ilə işləyən və müqavilə müddəti bitmiş müəllimlərimizlə də görüşən direktor onlara fəailiyyətlərinə görə təşəkkür etdi və “Fəxri fərman”lar verdi.
Bundan başqa çalışmanın yaş həddinə çatmış məktəbin gecə gözətçisi Hüseynov Habil kollektiv tərəfindən təntənəli surətdə təqaüdə yola salındı.