"Erkən nikaha yox deyək"

Suraxanı Rayon İcra Hakimiyyəti, Suraxanı Rayon Bələdiyyəsi və 327 nömrəli məktəbin birgə təşkilatçılığı ilə məktəbimizdə "Erkən nikaha yox deyək" adlı tədbir keçirildi. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyətinin başçısının müavini Könül Axundova, İcra Hakimiyətinin digər əməkdaşları, Suraxanı Rayon Polis İdarəsi Yetkinlik Yaşına Çatmayanlarla Proflaktiki İşin Təşkili Bölməsinin rəisi polis polkovnik-leytenantı Əfqan Ağayev, 140 nömrəli məktəbin psixoloqu, qəsəbə və bələdiyyə nümayəndələri iştirak etdilər. Məktəbin şagirdləri, valideynləri, digər məktəblərdən gələn qonaqlar cıxışçıları dinlədilər və mövzu ilə bağlı bir daha maarifləndilər. Sonra şagirdlərimiz "Erkən nikaha yox deyək, sağlam gələcək yetişdirək" şüarlı səhnəcik nümayiş etdirdilər. Səhnəcik tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi