"Təhsilverənlərin etik davranış qaydaları"
Bu gün məktəbin direktoru Könül Əliyeva pedaqoji kollektivlə görüş keçirdi. Görüşün mövzusu "Təhsilverənlərin etik davranış qaydaları" oldu. Elm və Təhsil Nazirliyinin Kollegiyasının 15 may 2024 - cü il KQ - 07 qərarı ilə “Təhsilverənlərin etik davranış qaydası” qərarının təsdiq edilməsi və "Müəllimlərin etik davranış qaydası" 06 noyabr 2014-cü il tarixli qərarının ləğv edilməsi pedaqoji kollektivin nəzərinə çatdırıldı. Kollektiv bu qaydalarla tanış oldu və qarşıdakı illərdə də bu qaydalara əməl edilməsi tövsiyə olundu.