" Əlvida uşaqlıq" adlı buraxılış tədbiri.
327- nömrəli tam orta məktəbdə ibtidai sinif müəllimi Səbinə Allahverdiyanın 3-cü buraxılış sinfi olan 4c sinfinin " Əlvida uşaqlıq" adlı buraxılış tədbiri keçirildi.
Tədbirdə valideynlər, müəllim heyəti və şagirdlər iştirak etdilər.
Şagirdlər bu dörd ildə keçən xoş günlərini, maraqlı hadisələri yada saldılar. Günlərini rəqsləri, çıxışları, səhnəcikləri ilə rəngləndirdilər.
Sinif rəhbəri Səbinə müəllim çıxış edərək qeyd etdi: "Bu gün uşaqlarımızın hərtərəfli şəxsiyyət və layiqli vətəndaş olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi , öz istedad və bacarıqlarını nümayiş etdirmək üçün zəruri şəraitin yaradılması əsas məqsədlərdəndir.
Biz də üzərimizə düşən bu şərəfli işdə əlimizdən gələni əsirgəmir və balalarımız üçün bu şəraiti yaratmaqda əlimizdən gələni əsirgəmirik.
Bütün buraxılış siniflərini təbrik edir, onlara gələcək həyatlarında uğurlar arzulayıram"