Uşaq Festivalı
Bu gün Suraxanı Heydər Parkında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə "Yaşıl dünyamızı qoruyaq, uşaqlarımıza sağlam gələcək quraq" adlı Uşaq Festivalı keçirilib.
Festivalda müxtəlif məktəblərin tullantılardan hazırlanmış əl işləri sərgilənib. Həmçinin məktəblərin şagirdləri onlara ayrılmış stendin qarşısında xüsusi bayram səhnəcikləri nümayiş etdiriblər.
Məktəbimizin bir qrup müəllim və şagirdi də bu tədbirdə iştirak edib. Şagirdlərimiz müxtəlif rəqslər və mahnılarla tədbirdə öz bacarıqlarını nümayiş etdiriblər. Həmçinin tullantılardan ibarət güşəmiz də qonaqlar tərəfindən maraqla qarşılanıb.