Hesabat tədbiri

Bu gün məktəbimizin ibtidai sinif müəllimi Vəliyeva Leyla rəhbəri olduğu 1A sinfinin iştirakı ilə "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Gününə" həsr olunmuş hesabat tədbiri keçirdi . Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunan tədbirdə şagirdlər təbrik şeirlərini söyləyib, 1 il ərzində öyrəndikləri bilik və bacarıqları nümayiş etdirdilər. Sonda tədbirdə iştirak edən məktəbin direktoru Əliyeva Könül, təşkilatçı müavin İsmayılova Sevinc uşaqları bayram münasibəti ilə təbrik edib onlara uğurlar arzuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi