Təhlükəsizlik günü

Məktəblərdə normal iş ahənginin qurulması və təlim-tərbiyə prodesinin mövcud qanunvericiliyin tələblərinə uyğun aparılması üçün mühüm şərtlərdən biri də təhlükəsizlik mühitin yaradılmasıdır.

Bu məqsədlə həftənin bir günü məktəbimizdə təhlükəsizlik günü elan olunmuşdur. Həmin gün şagirdlərin çantalarına baxış keçirilir, onlarla müxtəlif söhbətlər aparılır, təhlükəsizlik qaydaları xüsusi təyin olunmuş növbətçilər tərəfindən şagirdlərin diqqətinə çatdırılır.

Bu həftəki təhlükəsizlik günündə şagirdlərlə görüşmək üçün Suraxı Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla İş Bölməsinin rəisi polis-polkovnik leytenantı Əfqan Ağayev və həmin bölmənin inspektoru polis-polkovnik leytenantı Əli Abbasovu məktəbimizə dəvət etdik. Qonaqlar 6-10- cu siniflərin sinif otaqlarında oldular, şagirdlərlə tərbiyəvi söhbət apardılar. Təhlükəsizlik qaydalarına əməl olunmasa, yaşana biləcək problemləri bir daha onların diqqətinə çatdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi