Nümunəvi dərs.

Məktəbin illik fəaliyyət planına uyğun olaraq dərsdinləmələr davam edir.

Bu gün məktəbimizin tarix müəllimi Yusifli Nisə 7b sinfində "Səfəvi-Osmanlı müharibələrinin başlanması" mövzusunda nümunəvi dərs keçdi.

Dərs zamanı şagirdlər 3 qrupa bölündülər: “Şah I İsmayıl qrupu”, “Şah I Təhmasib qrupu”, “Bütöv Azərbaycan” qrupu. Hər qrup ayrılan zaman müddətində verilən tapşırıqları yerinə yetirdi. Sonra qruplar öz təqdimatlarını nümayiş etdirdilər. Şagirdlər qiymətləndirildi və ev tapşırığı onların nəzərinə çatdırıldı.

Dərs zamanı Nisə müəllimin hazırladığı Səfəvi dövlətinin fəaliyyətindən bəhs edən videoçarx da göstərildi.

Dərs məktəb rəhbərliyi tərəfindən dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi