"Breyn-rinq"
28 May Müstəqillik Günü ilə əlaqədar məktəbin psixoloqu Aidə Abdullayeva və Uşaq Birliyi Rəhbəri Xəyalə Yusifovanın təşkilatçılığı ilə IV A,B,C siniflərinin şagirdlərindən ibarət İdrak,Təfəkkür, Məntiq komandaları arasında psixo-intellektual"Breyn-rinq"
oyunu təşkil edildi.Oyun əyləncəli şəkildə şagirdlərin məntiqinin, ixtiyari diqqətinin,eləcə də, komanda ruhunun inkişaf səviyyəsini özündə əks etdirən bir necə raunddan və gözəl bədii nömrələrdən ibarət idi. Tədbir Dövlət himni ilə başladı və Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Məktəbin rəhbəri Könül xanım çıxış edərək iştirakçılara uğurlar arzuladı.Yarış çox maraqlı və şən keçdi.
Sonda bütün şagirdlər oyunda fəal iştirakına görə təşəkkürnamələrlə mükafatlandı. 4C "Təfəkkür"komandası isə qalibiyyətinə görə diplomla təltif edildi.