"28 May - Müstəqillik Günü"nə həsr olunmuş bilik yarışı.
Bu gün məktəbimizin tarix müəllimi Yusifli Nisə tərəfindən 5b sinfində "28 May - Müstəqillik Günü"nə həsr olunmuş bilik yarışı keçirildi.
Bilik yarışı 5 komanda arasında 2 mərhələdən ibarət şəkildə təşkil olunmuşdu. Hər bir komanda yarışda fəal iştirak etdi. Sonda “Xarı Bülbül” komandası l yer qazandı. Hər bir komandaya uğurlar arzu edir və onları təbrik edirik.