"Yaşıl dünya naminə həmrəylik ili"

Bildiyimiz kimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü ili "Yaşıl dünya naminə həmrəylik ili" elan etmişdir . Məktəbimizin 5 A sinif şagirdləri bu mövzuda fənn müəllimləri Nuranə Məmmədova və təşkilatçı müavin Sevinc İsmayılova ilə dəyirmi masa təşkil etdilər. Dəyirmi masa zamanı müəllimlər şagirdlərin əl işləri - divar qəzetləri, çəkilən şəkillər, hazırlanmış təqdimatlar ilə tanış olub təbiətimizi necə qoruyub gözəlləşdirmək barədə fikirlərini dinlədilər.

Daha sonra məktəbimizin həyətini daha da yaşıllaşdırmaq üçün ağaclar, güllər əkdilər.

Sonda məktəbimizin direktoru Könül xanım da şagirdlərin gördüyü işlər üçün onlara təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi