3-cü siniflərdə monitorinq
Bakı Şəhəri Təhsil İdarəsinin təşəbbüsü ilə 3-cü siniflərdə monitorinq aparıldı.
Monitorinq 3-cü sinflərin ana dili, riyaziyyat və xarici dil fənləri üzrə şagirdlərin biliklərini ölçmək məqsədi ilə keçirilirdi. Monitorinq sualları şagirdlərə 2 variantda təqdim edildi.
Aparılan monitorinqin məqsədi 3-cü sinif şagirdlərinin fənlər üzrə bilik səviyyəsini aşkarlamaq və bu istiqamətdə onlara lazımi köməklik göstərilməsini təmin etməkdir.