"II Mini Futbol Turniri"
Bakı kənd və qəsəbələri arasında keçirilən II mini futbol turnirində məktəbimizin şagirdləri də iştirak edirdilər.
Gənclər və İdman Nazirliyi, AFFA və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışda iştirakına görə şagirdlərimiz və idman müəllimiz Əkbər Mehdiyev mükafatlandırıldı. Belə ki, onların hər birinə təşkilatçılar tərəfindən velosiped təqdim edilib. Şagirdlərimiz artıq bu velosipedlərlə məktəbə gəlib-gedirlər. Bu gün məktəbin direktoru və müəllimlərimiz həmin şagirdlərlə xatirə şəkilləri çəkdirdilər.